14 noy, 2025
Ölkəmiz, dərmanlara davamlı vərəm yükü ən yüksək olan 30 ölkə arasında hələ də qalmaqdadır. ÜST-nin son Qlobal Hesabatı
Bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Vərəm xəstəliyilə bağlı Qlobal hesabat 2025” başlıqlı növbəti hesabatını dünya ictimaiyyətinə təqdim etdi.
Azərbaycan Çoxsaylı dərmana davamlı vərəmə və rifampisinə-davamlı Vərəm (MDR/RR-Vərəm) yükü ən yüksək olan 30 ölkə arasında qalmaqdadır. Əvvəlki illərlə müqayisədə bu hesabatda Efiopiya, Keniya və Tayland bu siyahıdan çıxarılmış; Monqolustan, Nepal və Zambiya bizim olduğumuz siyahıya əlavə olunmuşdur.
Bu siyahılarda olan 30 ölkə, ÜST-ün “Vərəmə son qoyaq strategiyası”, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və vərəm üzrə BMT-nin Yüksək Səviyyəli Toplantısında qəbul edilmiş siyasi bəyannamələrdə müəyyən edilmiş hədəflərə çatmaq üçün qlobal səylərin yönəldilməsi vacib olan ölkələrdir.
Eyni zamanda, bu siyahıda olan ölkələr dərmana davamlı vərəm yükü ən yüksək olan ölkələr olduğundan dövlət öhdəçiliyinin artırılmasına və maliyyə dəstəyinin gücləndirilməsinə zərurət var.
Ümid edirik ÜST-nin növbəti hesabatında Azərbaycanın adı 30 ölkənin yer aldığı siyahıdan çıxarılmış olacaq
Hesabatı bu linkdən götürə bilərsiniz
https://www.who.int/publications/i/item/9789240116924

