Azərbaycanın vərəmlə bağlı qlobal öhdəlikləri

Azərbaycanın vərəmlə bağlı qlobal öhdəlikləri

27 Mar, 2024

Azərbaycanın vərəmlə bağlı qlobal öhdəlikləri

Vərəmlə Mübarizə üzrə Tərəfdaşlıq (Stop TB Partnership) qlobal hədəfləri təhlil edərək, onların ölkələr və illər üzrə təsnifatını aparmışdır. Təhlil nəticəsində BMT-nin Vərəmlə bağlı Yüksək Səviyyəli Görüşündə qeyd olunmuş 6 əsas hədəfə aid göstərici üzrə ölkələrin öhdəliklərini müəyyən etmişdir.

Beləliklə, Azərbaycan üçün aşağıdakı hədəflər təklif edilmişdir:

Aşkar olunan bütün vərəm xəstələrinin sayı: 2023-2027-ci illərdə – 25799 (2023 – 6444, 2024 – 6334, 2025 – 5546, 2026 – 3850, 2027 – 3625);

Aşkar olunan uşaqların (15 yaşadək) sayı: 2023-2027-ci illərdə – 480 (2023 – 125, 2024 – 123, 2025 – 103, 2026 – 68, 2027 – 61);

 Aşkar olunan dərmana davamlı vərəm xəstələrinin sayı: 2023-2027-ci illərdə – 5463 (2023 – 1370, 2024 – 1320, 2025 – 1191, 2026 – 899, 2027 – 683);

• 5 yaşdan yuxarı vərəm əleyhinə profilaktik müalicə alan xəstələr: 2023-2027-ci illərdə – 15335 (2023 – 2497, 2024 – 3789, 2025 – 3556, 2026 – 3248, 2027 – 2244);

Vərəm əleyhinə profilaktik müalicə alan uşaqlar (5 yaşadək): 2023-2027-ci illərdə – 3719 (2023 – 644, 2024 – 990, 2025 – 845, 2026 – 743, 2027 – 497);