Haqqımızda

Sağlamlığa Xidmət İctimai birliyi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatı kimi vərəmlə mübarizə sahəsində misilsiz işlər görmüş, bu sahədə  bir çox uğurlu layihələr həyata keçirmişdir. Elçin Muxtarlının təşəbbüsü ilə SX İB 2010-cu ildə yaradılmışdır. Birliyin əsas məqsədi tibbi yardıma ehtiyacı olan insanlara, yoluxucu xəstəliklərə, xüsusilə vərəm xəstəliyinə düçar olmuş insanların müayinə və müalicə olunmalarına dəstək olmaq, vərəmlə mübarizə sahəsində çalışan vətəndaş cəmiyyəti üzvlərinin bilik, bacarıq və potensiallarının artırılmasına yardım göstərməkdən ibarətdir.

SXİB 2011-2015-ci illərdə Vərəm QİÇS və Malyariya əleyhinə Qlobal Fondun (QF) vərəm layihəsinin Azərbaycan üzrə sub-resipiyenti olaraq, Ədliyyə Nazirliyinin Tibb Baş idarəsi və Səhiyyə Nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində “Müalicəsini tamamlamadan cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin mülki sektorda müalicələrini davam etdirmələrinə sosial, tibbi və maddi-mənəvi dəstək" layihəsini və 2016-2018-ci illərdə QF-un Yeni maliyyə mexanizmi çərçivəsində də eyni mövzulu layihəni həyata keçirmişdir. Bu layihəyə azadlığa buraxılan 730-dan çox vərəmli xəstə  cəlb olunmuş və onların 98%-inin müalicəsi müşahidə olunmuşdur. Ədliyyə Nazirliyinin Tibb Baş idarəsi ilə birgə əməkdaşlıq nəticəsində SX İB penitensiar müəssisələrdə də vərəmə effektiv nəzarət edilməsi sahəsində bir çox nailiyətlər əldə olunmasına yardım göstərmişdir.

SX İB-in sədri 2016-2018-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrində həyata keçirilən vərəm proqramı TB REP-in Vətəndaş cəmiyyəti üzrə əlaqələndiricisi kimi həmin layihəni Azərbaycanda uğurla icra etmişdir. Layihə çərçivəsində vərəmlə bağlı advokasiya, əhalinin maarifləndirilməsi, vərəmlə bağlı stiqmanın aradan qaldırılması yönündə bir sıra əhəmiyyətli işlər görülmüş və Azərbaycanda vərəm sahəsində fəaliyyət göstərən QHT-lərin ictimai vəkillik üzrə bilik və bacarıqları artırılmışdır.